“Ronaldo ilə Mourinyo dalaşacaqdı, biz imkan vermədik”

6 İyun 2020 12:58 İspaniya 1 345
“Ronaldo ilə Mourinyo dalaşacaqdı, biz imkan vermədik”

“Real”ın yarımmüdafiəçisi Luka Modriç Joze Mourinyo ilə Kriştiano Ronaldonun münaqişəsi barədə danışıb.

Sportinfo.az xəbər verir ki, xorvat futbolçu bildirib ki, portuqaliyalılar Madrid klubunda fəaliyyət göstərdikləri zaman onlar arasında ciddi mübahisə yaranıb:

“Mourinyonun reaksiyası məni təəccübləndirirdi. Biz İspaniya kubokunda 2:0 udurduq. Oyun epizodu zamanı Ronaldo ona tapşırılan futbolçuya yaxşı nəzarət edə bilmədi və qol buraxdıq.

Joze buna görə Ronaldoya çox əsəbiləşmişdi. O dərəcədə ki, biz fasilədə paltardəyişmə otağına gələndə Ronaldo çox məyus idi. Hətta az qala ağlayacaqdı.

Ronaldo deyirdi ki, o, yaxşı oynamaq üçün çalışır. Mourinyo isə onu dayanmadan tənqid edirdi. Bu zaman onların arasında gərginlik daha da artdı. Hətta o dərəcədə ki, əlbəyaxa davaya çıxacaqdılar. Amma biz futbolçuların müdaxiləsindən sonra bu, baş vermədi”.

Digər Xəbərlər
Xəbər Lenti