"Yaxşı ki, "Barselona"ya keçməmişəm, çünki ..."

6 İyun 2020 11:48 İspaniya 635
"Yaxşı ki, "Barselona"ya keçməmişəm, çünki ..."

PSJ-nin yarımmüdafiəçisi Anxel Di Mariya "Barselona"ya baş tutmayan transferindən danışıb.

Sportinfo.az xəbər verir ki, argentinalı "L’Equipe" nəşrinə açıqlamasında, özünü PSJ-də xoşbəxt hiss etdiyini bildirib:

"Həmişə PSJ-də oynamaqdan məmnun olmuşam. Amma klubdakı bəzi insanları mənə sonda yalan olduğu ortaya çıxan şeylər danışmışdılar.

"Barselona" məni transfer etməyə cəhd edib. Klublar danışıqlar aparıblar və PSJ məni satmaq istəməyib... Bu yalana çox əsəbiləşmişdim. Yaxşı ki, "Barselona"ya keçməmişəm, çünki mən hazırda PSJ-də çox xoşbəxtəm".

Cari mövsümdə 37 matçda meydana çıxan Di Mariyanın aktivində 11 qol, 21 məhsuldar ötürmə var

Digər Xəbərlər
Xəbər Lenti