Dieqo Kosta barəsində həbs qərarı verildi

4 İyun 2020 20:20 İspaniya 679
Dieqo Kosta barəsində həbs qərarı verildi

Vergidən yayınmaqda ittiham olunan “Atletiko”nun hücumçusu Dieqo Kostanın məhkəmə iclası olub.

Sportinfo.az İspaniya mətbuatına istinadən xəbər verir ki, məhkəmədə 31 yaşlı futbolçu haqda 6 aylıq həbs qərarı verilib.

Lakin İspaniya qanuna əsasən həbs cəzası iki ildən az olarsa, müttəhim pul cəriməsi ilə azadlığa buraxıla bilər. Kosta da 540 min avro cərimə ödəyərək həbsdən azad olunacaq.

Xatırladaq ki, ispaniyalı hücumçu 2014-cü ildə imic hüquqları qazancından 1,37 milyon avro məbləğində vergidən yayınmaqda ittiham olunur.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti