Məşhur qapıçı 4-cü divizionda baş məşqçi olacaq

29 May 2020 19:16 İspaniya 382
Məşhur qapıçı 4-cü divizionda baş məşqçi olacaq

“Barselona”nın sabiq qapıçısı Viktor Valdes məşqçi kimi fəaliyyət göstərəcək.

Sportinfo.az xəbər verir ki, Valdes İspaniyanın 4-cü divizionunda mübarizə aparan “Orta”nın baş məşqçisi olacaq.

Valdes buna qədər yalnız gənclər komandalarında çalışıb. O, 2018-ci ildə “Moratalas” klubunda,daha sonra isə “Barselona”da gənclərə futbolun sirlərini öyrədib.

Valdes 2019-cu ildən işsiz idi. O, “Barsa”da 2000-2014-cü illərdə çıxış edib və 21 titul qazanıb. Valdes karyerasını 2017-ci ildə bitirib.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!