ngilis klubları istəyir, “Barselona” qiyməti salmır

29 May 2020 17:38 İspaniya 633
ngilis klubları istəyir, “Barselona” qiyməti salmır

Müqavilə ilə “Barselona”ya məxsus olan, icarə əsasında “Bavariya”da çıxış edən Filippe Koutinyo klubunu dəyişə bilər.

Sportinfo.az xəbər verir ki, “Bavariya” braziliyalı ulduzun müqavilə hüququnu almaqdan imtina edib.

Bunu nəzərə alan yarımmüdafiəçi İngilətərə Premyer Liqasına qayıtmağı planlaşdırır. Onunla “Çelsi” və “Nyukasl” uzun müddətdir ki, maraqlanır. Artıq “Arsenal”, “Letser”, “Mançester Yunayted”in də futbolçu uğrunda mübarizəyə qoşulduğu deyilir.

Amma məsələ ondadır ki, “Barselona” qiymətdə güzəştə getmək niyyətində deyil. Kataloniyalılar ona görə 100 milyon avro tələb edir.
Koutinyo “Barsa”ya 2018-ci ildə “Liverpul”dan keçib. Onun transferi üçün 145 milyon avro ödənilib.

Digər Xəbərlər
Xəbər Lenti