La Liqada yeni mövsümün başlayacağı tarix

29 May 2020 15:18 İspaniya 411
La Liqada yeni mövsümün başlayacağı tarix

Sportinfo.az xəbər verir ki, İspaniya La Liqasında 2020/2021 mövsümünün başlayacağı tarix açıqlanıb.

"Marca"ya açıqlama verən La Liqanın prezidenti Xavyer Tebas yeni mövsümə sentyabrın 12-də start verməyi planlaşdırdıqlarını söyləyib.

O, mart ayında koronavirusa görə dayandırılan çempionatın iyunun 11-də bərpa olunacağını yenidən təsdiqləyib. La Liqada turnir cədvəlinə 58 xalla "Barselona" başçılıq edir, ikinci sıradakı "Real Madrid"in 56 xalı var.

Digər Xəbərlər
Xəbər Lenti