"Real" lider olsaydı, mövsüm vaxtından əvvəl başa vurulacaqdı" - TİKANLI ATMACA

29 May 11:20 İspaniya 179
"Real" lider olsaydı, mövsüm vaxtından əvvəl başa vurulacaqdı" - TİKANLI ATMACA

"Barselona"nın sabiq prezidenti Xoan Qaspart açıqlama verib.

O bildirib ki, La Liqada koronavirusla bağlı yaranan fasilədən əvvəl "Real" lider olsaydı, mövsüm başa çatdırılacaqdı.

Sportinfo.az xəbər verir ki, ispan funksioner katalonlara qarşı hörmətsizliyin adiləşdiyini deyib "Əgər koronavirus hücumundan öncə "Real" turnir cədvəlində lider olsaydı, çempionatı başa vurardılar.

"Barselona"ya hörmətsizlik etmək dəb olub. Dünya futbolunda duyğusallıq ötən illərdə daha çox idi. İndi Ronald Kumanı bizə Avropa kubokunu qazandırdığı qolu yadıma düşdü. İllərlə o qolu xatırlayıb, həmin oyundan danışırdılar. Həmin matçı yenidən izlədim və duyğulandım".

Qaspart PSJ-nin hücumçusu Neymarı yenidən "Barselona"da görmək istədiyini bildirib: "Neymarı yenidən "Barsa"da görmək istəyirəm. O da geri dönmək və komandaya fayda vermək istəyir. Bu mövzunu yalnız qəzetlərdən izləyirəm. Geri qayıtması xoş olardı".

La Liqanın iyun 12-də bərpası planlaşdırır. Çempionatın turnir cədvəlinə 58 xalla "Barselona" başçılıq edir. "Real" 56 xalla 2-cidir.

Xəbər Lenti
6 İyul 20:00 Rəşad "Zirə"li oldu
6 İyul 18:34 Azərbaycanda №1
6 İyul 12:30 Bravo-ya gəl və qazan!