Ölkəmizdə olmuş baş məşqçi "River Pleyt"i çalışdıra bilər

28 May 2020 18:06 İspaniya 567
Ölkəmizdə olmuş baş məşqçi "River Pleyt"i çalışdıra bilər

"Atletiko"da Dieqo Simeonenin köməkçi-məşqçisi kimi çalışan Herman Burqos klubdan ayrıla bilər.

Sportinfo.az "Diario AS" nəşrinə istinadən xəbər verir ki, Burqos "River Pleyt"i çalışdıra bilər. Argentina nəhəngi karyerasını Avropada davam etdirəcəyi gözlənilən Marselo Qalyardonun əvəzedicisini axtarır. Siyahıda Burqosunun adının ilk sıralarda olduğu bildirilir.

Son məlumatlara görə, Simeone artıq özünə yeni köməkçi tapıb. Söhbət Nelson Vivasdan gedir.

Burqos 1994-1999-cü illər aralığında "River Pleyt"in qapısını qoruyub.

Digər Xəbərlər
Xəbər Lenti