"O, səhvinə görə hər kəsdən üzr istədi, bu hərəkəti bilərəkdən etməmişdi"

7 Dekabr 2023 11:00 Araz-Naxçıvan 695
"O, səhvinə görə hər kəsdən üzr istədi, bu hərəkəti bilərəkdən etməmişdi"

"O, səhvinə görə hər kəsdən üzr istədi. Bilərəkdən edilən hərəkət deyildi".

Sportinfo.az xəbər verir ki, bunu "Araz-Naxçıvan"ın legioneri Aksel Nqando komanda yoldaşı Numan Kurdiçin Premyer Liqanın XV turunda "Səbail"lə matçda (1:1) avtoqolla yadda qalmasına münasibət bildirərkən deyib.

30 yaşlı yarımmüdafiəçi Bosniya və Herseqovinadan olan oyunçunun böyük səhvə yol verdiyini söyləyib:

"Lakin biz onu başa düşürük. Hər birimiz bu situasiya ilə qarşılaşa bilərik.

Futbol səhvlərlə doludur. Son saniyədə qol buraxmağımız bizi təəccübləndirdi.

Halbuki daha çox qol vura və meydandan 3 xalla ayrıla bilərdik. Rəqibdən daha yaxşı çıxış etmişdik.

Futbolda bu cür hal ilk dəfə deyil, bundan əvvəl də olub, sonra da olacaq. Heç kim heç nədən sığortalanmayıb.

Növbəti oyuna köklənməliyik. “Zirə”yə qarşı da son matçdakı kimi oynasaq, qələbə qazana bilərik".

Fransalı oyunçu XVI turda "Zirə" ilə matça yüksək səviyyədə hazırlaşdıqlarını diqqətə çatdırıb:

"Oyunun əhəmiyyətini başa düşürük. Məşqlərdə çalışırıq ki, məşqçinin verdiyi tapşırıqları maksimum dərəcədə icra edək, özümüzü ən yaxşı tərəfdən göstərək.

Bilirik ki, oyun asan olmayacaq. Rəqibimiz turnir cədvəlinin üst sıralarındadır. Yaxşı nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik".

Nqando rəqibin oyununu izlədiyini vurğulayıb:

"Azərbaycana gələndən sonra ilk oyunum “Zirə”yə qarşı olub. Yaxşı komandadır, xüsusilə də müdafiədə etibarlı oynayırlar.

İndiyə qədər cəmi 8 qol buraxıblar. Yenə deyirəm, bizim üçün vacib oyundur. Çünki son 4 matçda qələbə qazana bilməmişik.

Hətta uduzduğumuz oyunlar daxil bütün matçlarda qol vurmaq üçün şanslarımız olub. “Zirə ilə görüşdə də belə imkan olacaq.

Əsas məsələ həmin anda onu dəyərləndirməkdir. İnanıram ki, bacaracağıq. Oyuna tam köklənməliyik".

Dekabrın 12-də reallaşacaq "Zirə" - "Araz-Naxçıvan" görüşü saat 17:00-da start götürəcək.

Digər Xəbərlər
Xəbər Lenti