Yenidən Bakıya gəlməyə "yox" deyən ulduz futboldan getdi

21 May 2020 10:38 İspaniya 589
Yenidən Bakıya gəlməyə "yox" deyən ulduz futboldan getdi

"Atletik"in (Bilbao) futbolçusu Arits Aduris peşəkar karyerasını başa vurub.

Sportinfo.az xəbər verir ki, ispaniyalı hücumçu qərarını sosial şəbəkə hesabı vasitəsilə açıqlayıb.

39 yaşlı forvard bildirib ki, futbolla vidalaşmağın vaxtı çatıb: "Əvvəldən sonadək unudulmaz və gözəl olan səyahətim başa çatır. Çox sağ olun".
Aris Adurits XXI əsrdə "Atletik"in ən yaxşı bombardiridir.

O, bu komandanın heyətində 407 oyuna çıxıb və 172 qol vurub. İspaniya millisinin də formasını geyinmiş futbolçu 2015-ci ildə Bilbao təmsilçisi ilə ölkə Superkubokunun qalibi, 2014/2015 mövsümündə isə kubokun finalçısı olub. Adurits müxtəlif vaxtlarda "Real Valyadolid", "Malyorka" və "Valensiya"da da çıxış edib.

O, 2015-ci ildə Azərbaycana gəlib. Avropa Liqasının üçüncü təsnifat mərhələsinin cavab oyunu üçün. "İnter"ə qarşı forma geyinən ulduz qolsuz bitən matçdan sonra bir suala verdiyi cavabla diqqət mərkəzinə düşmüşdü. Belə ki, "yenidən Bakıya gəlmək istərdizmi" sualına o, konkret olaraq "yox" demişdi.

Digər Xəbərlər
Xəbər Lenti