"Messi ilə bağlı planlarımız alt-üst oldu"

20 May 2020 19:40 İspaniya 1 657
"Messi ilə bağlı planlarımız alt-üst oldu"

"Barselona"nın hücumçusu Lionel Messi karyerasının əvvəllərində "Xetafe"yə keçə bilərmiş.

Sportinfo.az xəbər verir ki, Madrid klubunun prezidenti Anxel Torres "Marca"ya müsahibəsində bu barədə məlumat verib:

"Messinin "Barsa"dakı birinci və ya ikinci ilində onu icarə əsasında heyətimizə qatmağa çox yaxın idik. Amma sonra Frank Raykard "yox" cavabı verdi və planlarımız alt-üst oldu".

Pep Quardiolanın da yolu "Xetafe"dən keçə bilərmiş. Anxel Torres qeyd edib:

"İsveçrədə keçirilən püşkatma mərasimlərindən birində "Barselona"nın idman direktoru Çiki Beqiristaynla görüşdük. O, bizdən Mikael Laudrupun "Barselona"ya keçməsinə razılıq verməyimizi istədi, danimarkalının əvəzinə isə Pep Quardiolanı məsləhət gördü. Həmin dövrdə Laporta Pepin namizədliyini dəstəkləmirdi".

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!