"Sabah" Antalyada iki qolla "Rapid"ə qalib gəldi

10 Yanvar 2024 00:30 Sabah 1 041
"Sabah" Antalyada iki qolla "Rapid"ə qalib gəldi

“Sabah” Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, Bakı klubu Rumıniya yüksək liqa təmsilçisi “Rapid”lə qarşılaşıb və 2:1 hesabı ilə qalib gəlib.

Murad Musayevin baş məşqçisi olduğu komanda daha bir yoxlama oyununda qüvvəsini sınamağı planlaşdırır.

“Sabah” Misli Premyer Liqasında 22 xalla 8-ci pillədə qərarlaşıb. "Rapid" isə ölkə çempionatında 33 xalla 4-cüdür.

"Sabah" - "Rapid" (Rumıniya) 2:1

Qollar: Cesse Sekidika, 45 (1:0), Burman, 60-pen. (1:1), Anatoli Nuriyev, 69 (2:1)

Digər Xəbərlər
Xəbər Lenti
19 Oktyabr 20:00 Çək və bizə göndər!
19 Oktyabr 18:10 Mahirə ehtiyac duymadılar
19 Oktyabr 15:15 "Sportinfo TV”də GÜNDƏM
19 Oktyabr 03:20 "Quba" ilə bacarmadılar