Maaşları azaldıldı, məşqə çıxmaqdan imtina etdilər

17 May 2020 10:20 İspaniya 846
Maaşları azaldıldı, məşqə çıxmaqdan imtina etdilər

“Elçe”nin futbolçuları məşqə çıxmaqdan imtina ediblər.

Sportinfo.az xəbər verir ki, oyunçular maaşlarının azaldılmasına etiraz olaraq bu addımı atıblar.

Komanda üzvləri ötən günə nəzərdə tutulan məşqə gəlməyiblər. Futbolçuların klub rəhbərliyi ilə aralarındakı gərginliyin əsas səbəbi kimi məşqçi heyətinin əvvəlki maaşlarının bərpa edilməsi, onlarda isə artımın olmaması göstərilir.

Məsələ burasındadı ki, klub rəhbərliyi koronavirus pandemiyası ilə əlaqədar futbolçuların və məşqçilərin məvaciblərində 30 faiz endirim etmişdi.

Bir müddət öncə koronavirus testindən keçən və məşqləri bərpa edən futbolçular klub rəhbərliyinin maaş endirimi ilə bağlı qərarı ləğv edəcəyinə ümid bəsləsə də, bu, baş verməyib.

Nəticədə futbolçular öz hüquqlarını qorumaq üçün etiraz üsulunu seçiblər. Məlumatda o da bildirilir ki, futbolçuların bu etirazını klubun digər işçiləri də bazaya gəlməməklə dəstəkləyiblər.

“Elçe” Sequndada 46 xalla 6-cı pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti