"Messi hələ də əla futbolçudur, amma ovaxtkı kimi deyil"

9 May 2020 23:40 İspaniya 920
"Messi hələ də əla futbolçudur, amma ovaxtkı kimi deyil"

"Ayaks"ın baş məşqçisi Erik ten Haq "Barselona"nın futbolçusu Lionel Messi haqda danışıb.

Sportinfo.az xəbər verir ki, o, argentinalı hücumçunun Pep Qvardiola ilə çalışdığı dönəmdəki qədər yaxşı olmadığını deyib:

"Messi yaxşı lider olmaqla yanaşı, möhtəşəm komanda yoldaşıdır. Ancaq Qvardiola ilə çalışdığı dönəmdəki qədər yaxşı deyil. Messi hələ də əla futbolçudur, amma ovaxtkı kimi deyil. Pep yenilikçi və özünəməxsus özəllikləri olan bir məşqçidir".

Qvardiola 2008-2012-ci illərdə "Barselona"nı çalışdırıb.

Digər Xəbərlər
Xəbər Lenti
23 Avqust 20:00 Çək və bizə göndər!