16 yaşı var, “Barselona” ilə müqavilə bağlamaqdan imtina etdi

9 May 2020 17:10 İspaniya 974
16 yaşı var, “Barselona” ilə müqavilə bağlamaqdan imtina etdi

“Barselona”nın gənc futbolçusu Mark Xurado Kataloniya klubundan ayrılmağa qərar verib.

Sportinfo.az xəbər verir ki, klub akademiyasının üzvü olan 16 yaşlı futbolçu, katalonlarla ilk peşəkar müqaviləni imzalamaqdan imtina edib.

“Barselona”nın futbolçuya iki il ərzində 60 min avro, üçüncü ildə isə 100 min avro məvaciblə üç illik müqavilə təklif etdiyi bildirilir. Amma bu təklifdən imtina edən Xurado karyerasını İngiltərədə davam etdirmək istəyir.

Onun “Mançester Yunayted”lə razılıq əldə etdiyi və ingilislərin gənc futbolçu üçün “Barsa”ya 200 min avro təzminat ödəyəcəyi bildirilir.

İspan futbolçu Jerar Pikedən sonra “Barselona”da debüt etmədən komandadan ayrılan ilk futbolçu olacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti