“Real”ın hücumçusu evdə ayağını sındırdı

9 May 2020 13:40 İspaniya 682
“Real”ın hücumçusu evdə ayağını sındırdı

“Real”ın futbolçusu Luka Yoviç zədələnib.

Sportinfo.az xəbər verir ki, 22 yaşlı hücumçunun sağ ayağında sınıq aşkarlanıb.

Bu barədə Madrid təmsilçisinin rəsmi saytı məlumat yayıb. Lakin serbiyalı oyunçunun bərpa müddəti ilə bağlı məlumat verilməyib. İspaniya mediası Yoviçin evdə məşq zamanı zədələndiyini yazıb.

Serbiya yığmasının hücumçusu “Real”a Almaniyanın “Ayntraxt” klubundan 60 milyon avroya transfer olunub. O, cari mövsümdə Madrid klubunun heyətində 24 oyuna çıxıb, 2 qola imza atıb.

Digər Xəbərlər
Xəbər Lenti
23 Avqust 20:00 Çək və bizə göndər!