"Real" maaşları 10-20 faiz azaltdı

9 Aprel 2020 01:24 İspaniya 355
"Real" maaşları 10-20 faiz azaltdı

"Real" koronavirus pandemiyasına görə La Liqada yaranan fasilə səbəbindən maaşları azaldıb.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.

Madrid təmsilçisində bütün futbolçular, basketbolçular, həmçinin rəhbərliyin üzvləri maaşların azaldılmasına razılıq verib.

Bildirilib ki, maaşlar mövsümün qalan hissəsinin taleyindən asılıq olaraq 10-20 faiz azaldılacaq. Qeyd olunub ki, bu qərar klubun digər əməkdaşlarının əmək haqqının əvvəlki kimi qalmasına şərait yaradıb.

Digər Xəbərlər
Xəbər Lenti