Futbolçuların pulunu kəsməyin - Assosiasiya klublardan narazıdır

1 Aprel 2020 13:54 İspaniya 382
Futbolçuların pulunu kəsməyin - Assosiasiya klublardan narazıdır

İspaniya Futbolçular Assosiasiyası koronavirusa görə klubların qəbul etdiyi qərarlardan narazıdır.

Sportinfo.az xəbər verir ki, koronavirusa görə çempionat dayandığı üçün klublar ERTE protokolu əsasında futbolçuların və digər əməkdaşların məvaciblərini azaldırlar.

Assosiasiya da buna görə narazılığını bildirib. Bu protokol əsasında klublar xüsusi halları əsas gətirərək, müqavilələri ləğv etmək hüququna da malikdirlər. Assosiasiya koronavirus pandemiyasının bu kateqoriyaya şamil edilməməsini istəyir.

Bundan əlavə, Assosiasiya, çempionat bərpa olunacağı təqdirdə, oyunların 2 gündən bir keçirilməsinin də əleyhinədir. Bildirilib ki, belə olacağı təqdirdə, reqlament pozulacaq. Reqlamentdə göstərilib ki, qarşılaşamlar arasında 72 saat fərq olmalıdır.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular