
“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola İngiltərə çempionatının bir sıra klublarının “şəhərlilər”in liqanın maliyyə qaydalarını mümkün pozduğuna görə cəzalandırılmasını istəməsi ilə bağlı fikirləri şərh edib.
Sportinfo.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.
“Deyəsən, bizim təkcə Premyer Liqadan qovulmağımızı gözləmirlər, onlar bizim yer üzündən silinməyimizi istəyirlər.
Qeyd etmək istərdim ki, rəqiblərimizdən qat-qat uğurlu günlər keçirmişik, buna görə də bu qədər çox qalib gəlirik”.
“Mançester Siti” 2009-2018-ci illər arasında maliyyə feyr-pley qaydalarını pozmaqda ittiham olunur.
“Mançester Siti”nin əməlləri sübuta yetirilsə, klub xalların silinməsi və ya aşağı liqaya düşmə kimi ciddi sanksiyalarla üzləşə bilər.