"Qarabağ"ın aparıcı legionerini transfer etmək istəyir - Çin klubu

11 Yanvar 2024 11:20 Qarabağ 1 759
"Qarabağ"ın aparıcı legionerini transfer etmək istəyir - Çin klubu

"Qarabağ"ın legioneri Leandro Andrade karyerasını Çində davam etdirə bilər.

Sportinfo.az Portuqaliyanın "Record" nəşrinə istinadən xəbər verir ki, "Şanxay Şenxua" 24 yaşlı yarımmüdafiəçini transfer etməyə çalışır.

Hətta Çin təmsilçisinin Kabo Verdedən olan oyunçunun keçidi ilə bağlı danışıqlar apardığı da iddia olunub.

"Qarabağ" Avropa Liqasının pley-off mərhələsində Portuqaliyadan "Braqa" ilə üz-üzə gələcək.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 17:30 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 07:20 Babayevi heyətə qatdılar
15 Sentyabr 02:50 “Kəpəz”i Arzu xilas etdi