”O, tək futbolçu deyil, insan kimi də təsiredicidir - Siz ona baxanda heyran ola bilərsiz”

17 Oktyabr 2023 01:40 Dünya futbolu 1 101
”O, tək futbolçu deyil, insan kimi də təsiredicidir - Siz ona baxanda heyran ola bilərsiz”

“Mançester Siti”nin və İngiltərə millisinin sabiq müdafiəçisi Joleon Leskott “Real”ın yarımmüdafiəçisi Çud Bellingemin oyunu haqda fikirlərini bölüşüb.

Sportinfo.az xəbər verir ki, o, ingilis futbolçunu parlaq istedad olaraq görür:

“Bellingem dünyanın ən parlaq istedadlarından biridir. O, hazırda dünyanın ən yaxşı futbolçusudur.

Bellingem “Real”da böyük rola sahibdir və bu, “Birmingem” məzunu üçün inanılmazdır.

O, təkcə futbolçu kimi deyil, insan kimi də təsiredicidir. Siz ona baxanda heyran ola bilərsiz”.

20 yaşlı yarımmüdafiəçi bu mövsüm “Real”la bütün turnirlərdə 10 oyun keçirib, 10 qol vurub və 3 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti