“Qarabağ” səs-küy doğuran transferdən ötrü nə qədər pul “töküb“?

14:40 Qarabağ 630
“Qarabağ” səs-küy doğuran transferdən ötrü nə qədər pul “töküb“?

“Qarabağ” yeni mövsümün transfer çalışmalarını davam etdirir.

Premyer Liqanın vitse-çempionu növbəti - 8-ci keçidi gerçəkləşdirib.

“Ferentsvaroş” ilə danışıqlar uğurla yekunlaşıb və Cebrail Makreçkis “Qarabağ”a transfer olunub.

Latviyalı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb.

26 yaşlı legioner 2029-cu ilin yayına qədər komandada çıxış edəcək. O, 25 nömrəli formanı geyinəcək.

Cebrail Makreçkis “köhlən atlar“a havayı başa gəlməyib. Ona görə Macarıstan nəhənginə təzminat ödənilib.

Həmin məbləğ heç də kiçik deyil. Hardasa 1 milyon avroya yaxın vəsaitdən söhbət gedir.

Almaniyada doğulan və Leverkuzen “Bayer”inin yetirməsi olan futbolçu peşəkar karyerası ərzində “Bonner”, “Borussiya” (Dortmund), “Viktoriya” (Berlin), Bolqarıstanda “Pirin”də (Blaqoevqrad) də çıxış edib. 2018-ci ildə Latviyanın U-19 millisində tər töküb.

Daha əvvəl Jali Muaddib, Zakaria Savo, Samuel Lobato, Bruno Lanqa, Martin Zlomisliç, Renaldo Sefas və Bense Varkonyi “Qarabağ”a qoşulub.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti