“Ronaldo dünyanın ən yaxşılarındandır, amma Messi dünyadan kənardır”

15:20 Dünya futbolu 117
“Ronaldo dünyanın ən yaxşılarındandır, amma Messi dünyadan kənardır”

Türkiyə millisinin və “Barselona”nın sabiq futbolçusu Arda Turan, Argentina yığmasının hücumçusu Lionel Messi ilə portuqaliyalı forvard Kriştiano Ronaldo arasındakı fərqdən danışıb.

Sportinfo.az “Kafa Sports”-a istinadən xəbər verir ki, o, Messinin Ronaldodan üstün olduğunu bildirib:

“Kimsə bu debatda Ronaldonu seçərsə, mən onunla futbol haqqında danışmağı dayandıraram. O, dünyanın ən yaxşılarındandır, amma Messi dünyadan kənardır”.

Messi karyerası ərzində 8, Ronaldo isə 5 dəfə “qızıl top” mükafatına layiq görülüb. Hazırda hər iki futbolçu 2026-cı il dünya çempionatında milli komandalarının heyətində çıxış edir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti