Uruqvay millisinin qapıçısı Fernando Muslera DÇ-2026-dakı uğursuz çıxışına görə azarkeşlərdən və ölkə ictimaiyyətindən üzr istəyib.
40 yaşlı qolkiper dünya çempionatının qrup mərhələsində İspaniya millisinə qarşı keçirilən oyunun ilk hissəsində kobud səhvə yol verib və fasilədə əvəzlənib.
Uruqvay millisi 0:1 hesab ilə məğlub olaraq, turnirlə erkən vidalaşıb.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Muslera çətinliklərdən heç vaxt qaçmadığını və məsuliyyəti üzərinə götürdüyünü bildirib:
“Heç vaxt heç kimdən gizlənməmişəm və həmişə çətinliklərin üzünə dik baxmışam. Bu, bütün Uruqvay xalqına müraciət etmək üçün ən doğru yoldur.
Heç vaxt futbola görə bu qədər əziyyət çəkəcəyimi düşünməzdim. Bu turnirə çox ciddi hazırlaşmışdıq.
Oyundan sonra paltardəyişmə otağında komanda yoldaşlarıma da bunu dedim. Təəssüf ki, bütün hazırlığımıza baxmayaraq, dünya çempionatında yaxşı çıxış edə bilmədim.
Komandadan və bütün Uruqvay xalqından üzr istəyirəm. Bilirəm ki, bu kifayət etmir”.

