"Qələbəyə layiq idik" - ZİDAN

19 Dekabr 2019 10:45 İspaniya 1 023
"Qələbəyə layiq idik" - ZİDAN

"Biz bu oyunda qələbə qazanmağa layiq idik" - Sportinfo.az "Marca"ya istinadən xəbər verir ki, bu sözləri "Barselona" ilə ötən gecəki qarşılaşmadan sonra "Real"ın baş məşqçisi Zinəddin Zidan deyib.

O, qolsuz bitən "el klassiko"da komandasının qələbəyə layiq olduğunu vurğulayıb. "Fikrimcə, qələbə üçün yaxşı şansımız vardı. Nou Kamp" kimi əzəmətli arenada,

"Barselona" kimi rəqibin qapısı önündə bu qədər qol vəziyyəti yaradırsansa, bundan istifadə etmək lazımdır. Amma neyləmək olar, bu futboldur, heç də həmişə istədiyin olmur. Oyuna görə futbolçularımdan çox razıyam və buna görə onları təbrik edirəm".

Ötən gecə 0:0 bitən "el klassiko"dan sonra "Barselona" və "Real" La Liqada əvvəlkitək eyni xalla 1-2-ci yerləri bölüşdürür.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti