Səssiz "El-Klasiko" - VİDEO

19 Dekabr 2019 01:10 İspaniya 792
Səssiz "El-Klasiko" - VİDEO

İspaniya La Liqasında 10-cu turdan təxirə salınmış bir oyun keçirilib. Sportinfo.az xəbər verir ki, “Barselona” əzəli rəqibi “Real”la qarşılaşıb.

Kataloniyada baş tutan oyunda qapılara qol vurulmayıb. Xatırladaq ki, bu oyun noyabrın sonlarında keçirilməli idi. Amma həmin vaxt Kataloniyadakı etiraz aksiyaları səbəbindən bu görüş də təxirə salınmışdı.

Bu heç-heçədən sonra hər iki komanda xal ehtiyatını 36-ya çatdırıb və zirvəni bölüşür. Sadəcə, “Barselona” əlavə göstəricilərə görə rəqibini qabaqlayır. "El klasiko" tarixində son 17 ildə ilk dəfə bu iki komanda meydanı qol vurmadan tərk edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti