Zinəddin Zidan: "Onların Messisi, bizim isə öz silahımız var"

17 Dekabr 2019 19:24 İspaniya 1 172
Zinəddin Zidan: "Onların Messisi, bizim isə öz silahımız var"

"Real"ın baş məşqçisi Zinəddin Zidan "Barselona" ilə La Liqanın X turundan təxirə salınmış oyun ərəfəsində mətbuat konfransı keçirib. Sportinfo.az xəbər verir ki, fransalı mütəxəssis sabahkı qarşılaşma ilə bağlı fikirlərini bölüşüb.

- Sabah nələrinsə baş verəcəyindən və oyunun dayandırılacağından qorxmursunuz?

- Xeyr. Bütün enerjimizi meydana yönəltməli və oyun barədə düşünməliyik. Qalan şeylər haqda həftə ərzində danışa bilərik. Fikirlərimizi meydanda nələrin baş verəcəyi üzərində cəmləmişik. Bu, oyuna yaxşı hazırlaşmağın yeganə yoludur. “El-Klasiko”larda necə oynadığımı xatırlayıram. Nə ilə üzləşəcəyimizi bilirik. Onların Messisi, bizim isə öz silahımız var.

- Oyun zamanı İspaniyaya qarşı hər hansı aksiya baş verərsə, sizcə, hakim oyunu dayandırmalıdır?

- Hakimi rahat buraxmaq lazımdı, o da bizim kimi öz işin görür. Qarşılaşmanın ətrafında çox səs-küy var, amma nəticədə insanlar yalnız futbol izləmək istəyirlər.

- Fransız dostunuza oyunun təxirə salınmasının və bu şəraitdə keçirilməsinin səbəblərini necə izah etdiniz?

- Dostuma və ya başqasına heç nə izah etməyə ehtiyac duymuram. Mənim işim oyun barədə düşünməkdir, yalnız oyunla maraqlanmaqdır. İnsanlar futbol izləmək, zövq almaq istəyir

- Sizcə "Barselona"nın hakimə qarşı şikayətləri təyziq vasitəsidir?

- Xeyr, belə düşünmürəm. Bu məni narahat etmir və komandama inanmıram. Hər kəs öz fikrini bildirə və istədiklərini söyləyə bilər.

Tərcümə etdi: Nəzri ƏLİSOY

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti