Messi Ronaldo ilə Hazardı müqayisə etdi - "Onu əvəzləmək çətindir"

17 Dekabr 2019 21:50 İspaniya 989
Messi Ronaldo ilə Hazardı müqayisə etdi -

"Barselona"nın hücumçusu Lionel Messi "Real"ın yarımmüdafiəçisi Eden Hazardla hazırda "Yuventus"da çıxış edən Kriştiano Ronaldonu müqayisə edib.

Sportinfo.az İspaniya mətbuatına istinadən xəbər verir ki, argentinalı superulduz belçikalı həmkarının istedadına şübhə etməsə də, Ronaldonu əvəzləməyin çətin olduğunu söyləyib:

"Hazard bacarıqlı oyunçudur. Düşünürəm ki, Kriştianodan fərqlənir. Fərqli cəhətləri var. Hazard əla oyunçudur, amma Ronaldonu əvəzləmək çox çətindir".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti