"Liverpul"un başı gicəllənməlidir, çünki onları bir dəfə udmuşuq"

17 Dekabr 2019 11:59 İspaniya 912
"Liverpul"un başı gicəllənməlidir, çünki onları bir dəfə udmuşuq"

"Atletiko"nun prezidenti Enrike Sereso Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkatmasını dəyərləndirib.

Sportinfo.az "Marca" nəşrinə istinadən xəbər verir ki, o, pley-off-da qarşılaşacaqları "Liverpul"dan çəkinmədiklərini bildirib:

"Düşünürəm ki, "Liverpul"un başı gicəllənməlidir. Bilirdik ki, bu və ya digər komandalardan biri ilə düşə bilərik. Onları bundan əvvəl Avropa Liqasında məğlub etmişik. Əla komandadır, amma bizdə Yan Oblak kimi qapıçı var".

Qeyd edək ki, bu komandalar arasında ilk oyun fevralın 18-də İspaniyada, cavab matçı isə martın 11-də İngiltərədə olacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti