"El-Klasiko" öncəsi "Barselona"da növbəti itki

17 Dekabr 2019 12:42 İspaniya 817
"El-Klasiko" öncəsi "Barselona"da növbəti itki

"Barselona" "Real"la oyun öncəsi növbəti ciddi itki ilə üzləşib.

Sportinfo.az AS nəşrinə istinadən xəbər verir ki, komandanın aparıcı üzvlərindən Artur da zədə səbəbindən "El-Klasiko"nu buraxacaq. 3 həftə öncə Braziliya millisinin düşərgəsindən zədəli qayıdan futbolçunun qasıq nahiyyəsindəki problem tam aradan qalxmayıb. Bu səbəbdən də onun ən yaxşı halda gələn ayın ilk 10 günlüyündə qayıdacağı gözlənilir.

"Barselona"nın heyətində Usman Dembele də zədə səbəbindən prinsipial qarşılaşmada iştirak edə bilməyəcək.

Qeyd edək ki, "Barselona" - "Real" oyunu sabah keçiriləcək və Bakı vaxtı ilə 23:00-da başlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti