İspaniya Sequndasında qalmaqal yaşanıb. Sportinfo.az xəbər verir ki, “Albaseta”nın ukraynalı futbolçu Roman Zozulya “Rayo Valyekano” ilə qarşılaşmada azarkeşlərin təhqiri ilə üzləşib.
Fanatlar qarşılaşmanın ilk hissəsində ukraynalı futbolçunun ünvanına təhqiramiz ifadələr işlədib, onu nasist adlandırıblar.
Komanda yoldaşları futbolçunu müdafiə ediblər və ikinci hissədə meydana çıxmayıblar. Bunu görən matçın baş hakimi oyunun təxirə salınmasına qərar verib.
Millimizin yarımmüdafiəçisi Eddi İsrafilov da bu oyunun iştirakçısı olub. Amma maraqlıdı ki, matç dayandırılmazdan öncə, 45+4-cü dəqiqədə birbaşa qırmızı vərəqə alan millimizin üzvü meydandan qovulub. “Albasete” hazırda 27 xalla 22 iştirakçı arasında 12-ci pillədə qərarlaşıb.
Məsələ ilə bağlı “Albaseta”nın bəyanatında deyilir: “Biz qarşılaşmaya çıxmaqdan imtina etdik. Bunu idmanın dəyərini qorumaq üçün etdik”.
Zozulya Donbasda hərbi əməliyyatlar aparan Ukrayna ordusunu müdafiə etdiyi üçün belə münasibətlə üzləşib.

