"Messi tarixin yox, öz dövrünün ən yaxşısıdır" - RONALDİNYO

13 Dekabr 2019 14:25 İspaniya 1 866
"Messi tarixin yox, öz dövrünün ən yaxşısıdır" - RONALDİNYO

"Barselona"nın sabiq yarımmüdafiəçisi Ronaldino Kataloniya təmsilçisinin hazırkı kapitanı Lionel Messinin 6-cı dəfə "Qızıl top" mükafatını qazanması barədə danışıb.

Sportinfo.az xəbər verir ki, veteran futbolçu Messini tarixin yox, öz dövrünün ən yaxşısı adlandırıb.

"Messiyə görə sevindim. O, həm mənim dostumdur, həm də "Barselona"nı təmsil edir. Müqayisələri sevmirəm, çünki tarixin ən yaxşısını müəyyənləşdirmək çətindir. Dieqo Maradona, Pele, Ronaldo var. Messinin tarixin ən yaxşısı olduğunu deyə bilmərəm, ancaq o, öz dövrünün ən yaxşı oyunçusudur".

Digər Xəbərlər
Xəbər Lenti