Çempionat belə olar - 1,42 milyard gəlir

13 Dekabr 2019 12:57 İspaniya 1 162
Çempionat belə olar - 1,42 milyard gəlir

2018/2019 mövsümündə La Liqanın teleyayımdan əldə etdiyi gəlir barədə məlumat açıqlanıb. Sportinfo.az xəbər verir ki, məlumatı La Liqanın mətbuat xidməti yayıb. İspaniya çempionatı teleyayımdan 1,42 milyard avro qazanc əldə edib.

Bu göstərici bir il əvvəlkinə nisbətən çoxdur. Bir il əvvəl əldə olunan qazanc 1,32 milyard avro olmuşdu. Teleyayımdan ən çox gəlir götürən komanda “Barselona” olub – 166,5 milyon avro. “Real”ın qazancı 155,3 milyon avro təşkil edib. Üçüncü yerdə isə “Atletiko” qərarlaşıb – 119,2 milyon avro.

Digər Xəbərlər
Xəbər Lenti