15 yaşlı qızı zorlayan futbolçulara 38 il həbs cəzası

13 Dekabr 2019 11:31 İspaniya 1 162
15 yaşlı qızı zorlayan futbolçulara 38 il həbs cəzası

Üç ispan futbolçu 38 il müddətinə azadlıqdan məhrum edilib. Sportinfo.az xəbər verir ki, futbolçular 15 yaşlı qızı zorlamaqda ittiham olunurdular.

İttihama görə, İspaniyanın 4-cü divizionunda çıxış edən Karlos Kuadrado, Viktor Rodriqes və Raul Kalvo 15 yaşlı qızı kirayədə qaldıqları mənzilə dəvət ediblər.

Onlar orada azyaşlını zorlayıblar. Amma futbolçular günahlarını etiraf etməyiblər. Bildiriblər ki, qızla cinsi əlaqədə olmayıblar. Üstəlik, vurğulayıblar ki, qızın azyaşlı olmasından da xəbərsiz olublar. Amma məhkəmə onların dediklərini qəbul etməyib və futbolçulara üst-üstə 38 il həbs cəzası kəsib.

Digər Xəbərlər
Xəbər Lenti