"Şalke" bir daha Amin dedi

12 Dekabr 2019 09:51 İspaniya 700
"Şalke" bir daha Amin dedi

“Şalke” yarımmüdafiəçisi Amin Aritlə müqavilənin müddətini uzadıb. Sportinfo.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Mərakeşli futbolçu ilə yeni müqavilə 2024-cü ilin yayına qədər nəzərdə tutulub. Əvvəlki müqavilə 2021-ci ilə qədər idi.

22 yaşlı futbolçu 2017-ci ildən Helzenkirhen təmsilçisinin uğurları üçün çalışır. Həmin vaxt “Nant”dan transfer olunan Arit indiyə qədər “Şalke”də 76 oyuna çıxıb, 10 qol vurub. İspaniya və Almaniya mətbuatında Aritlə “Barselona”nın maraqlandığına dair xəbərlər yayılmaqdadı.

Digər Xəbərlər
Xəbər Lenti