"Real"ı tarixə salan yubiley qələbəsi

8 Dekabr 2019 16:05 İspaniya 673
"Real"ı tarixə salan yubiley qələbəsi

La Liqanın XVI turunda "Espanyol" üzərində 2:0 hesablı qələbə "Real" üçün əlamətdar hadisə ilə yadda qalıb.

Sportinfo.az xəbər verir ki, bu, "kral klubu"nun İspaniya çempionatında 1700-cü qalibiyyəti olub. Madridlilər bu göstəriciyə nail olan ilk ispan komandası kimi tarixə düşüb.

"Real" La Liqada ilk zəfərini 1929-cu il fevralın 10-da "Avropa" üzərində qazanıb - 5:0.

Qeyd edək ki, paytaxt təmsilçisinin əzəli rəqibi "Barselona"nın aktivində 1645 qələbə var. "Atletiko" yerli çempionatda 1292, "Atletik" 1239, "Valensiya" isə 1230 dəfə qələbə sevinci yaşayıb.

Digər Xəbərlər
Xəbər Lenti
13 Oktyabr 20:00 Budur, Ukrayna?