"Ter Ştegen yarımmüdafiəçi kimidir"

8 Dekabr 2019 12:02 İspaniya 1 103
"Ter Ştegen yarımmüdafiəçi kimidir"

“Barselona”nın hücumçusu Antuan Qrizman Primeronun 16-cı turunun “Malyorka”(5:2) ilə oyununu şərh edib. Sportinfo.az xəbər verir ki, fransalı futbolçu komandanın qapıçısı Ter Ştegen haqda da danışıb:

"Oyundan-oyuna daha yaxşı oluruq. Leo üçün xüsusi gecə idi. Hamımız ona dəstək olduq. “Barselona”nın vacib qələbəsində yardımçı olduğuma görə sevinirəm. İndi beynimizdə Çempionlar Liqasının oyunu var. Həmin oyunda da qalib gəlmək istəyirik.

Qapıçının məhsuldar ötürməsi? Məncə, ilk dəfə deyil ki, qapıçının ötürməsindən sonra qol vururam. Ter həqiqətən inanılmazdır. O, bizim üçün yarımmüdafiəçi kimidir. İdeal ötürmə verdi”.

Digər Xəbərlər
Xəbər Lenti