Messini düz başa düşməyiblər

6 Dekabr 2019 20:07 İspaniya 932
Messini düz başa düşməyiblər

“Barselona”nın futbolçusu Lionel Messinin “Qızıl top”un mükafatlandırma mərasimində dediyi sözlər hələ də müzakirə olunur. Messi bildirmişdi ki, karyerasını bitirmə anı yaxınlaşır.

Sportinfo.az xəbər verir ki, “Barselona”nın futbolçusu Luis Suares bu məsələ barədə danışıb:

“Hesab edirəm ki, onu düz başa düşməyiblər. Birincisi, Messi növbəti dəfə “Qızıl top”u qazanıb. O, həm həyəcanlı, həm də əsəbi idi.

Nəzərə almaq lazımdır ki, o da bizim kimi insandır. Düşünürəm ki, Leo karyerasını tezliklə yekunlaşdırmayacaq, hələ uzun illər futbol oynayacaq”.

Digər Xəbərlər
Xəbər Lenti