"Atletiko" alman futbolçu ilə danışıqlar aparır

5 Dekabr 2019 17:01 İspaniya 859
"Atletiko" alman futbolçu ilə danışıqlar aparır

“Atletiko” qış fasiləsində alman futbolçu ilə güclənə bilər. Sportinfo.az xəbər verir ki, Madrid klubu “Leyptsiq”in futbolçusu Timo Verneri heyətinə qatmağa hazırlaşır.

“Atletiko”nun Dieqo Koştanın əvəzləyicisi olaraq gördüyü və əsas hədəfi olan Verner üçün Almaniya klubu ilə danışıqlar apardığı bildirilir. Bir müddət əvvəl “Leyptsiq”lə müqavilə bağlamasına baxmayaraq, alman futbolçunun “Atletiko” ilə razılıq əldə deyilir.

“Ştutqart”ın yetirməsi olan və 2016-cı ildən “Leyptsiq”in şərəfini qoruyan 23 yaşlı futbolçu, bu mövsüm iştirak etdiyi 20 oyunda 17 qol, 9 məhsuldar ötürməylə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:00 Çək və bizə göndər!
13 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 08:30 “Qarabağ” NİCAT tapdı
13 Sentyabr 03:20 Canın “Van”ı1:1 etdi