Federasiya prezidenti yenidən seçilmək üçün istefa verdi

3 Dekabr 2019 17:56 İspaniya 639
Federasiya prezidenti yenidən seçilmək üçün istefa verdi

İspaniya La Liqasının prezidenti Xavyer Tebas istefa verib.

Sportinfo.az xəbər verir ki, Kosta-Rika əsilli ispan funksioner 2020-ci ildə keçiriləcək federasiya seçkilərində yenidən qalib olmaq üçün bu addımı atıb.

Yeni seçim ona bir sıra məsələlərə, o cümlədən İspaniyada telekanallara müdaxilə hüquqları və dövlətlə La Liqa münasibətlərinə dair danışıqlara təsir göstərməsinə imkan verə bilər: “Seçim prosesinə başlamaq üçün La Liqa prezidentliyindən istefa verirəm. Daha dörd il prezident olmaq üçün dəstəyinizə ehtiyacım var. Yeni siyasi dönəm başlayır. Hansı ki, çempionat üçün yeni qanunlar və təkliflər ola bilər”.

57 yaşlı Tebas ilk dəfə 2013-cü ildə La Liqa prezidenti seçilib.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu
15 Sentyabr 02:30 “Zelenskinin komandası”