"Barselona"da bir şərtlə qalmaq istəyir

3 Dekabr 2019 01:52 İspaniya 952
"Barselona"da bir şərtlə qalmaq istəyir

“Barselona”nın futbolçusu İvan Rakitiç gələcəyi haqda danışıb. Sportinfo.az xəbər verir ki, xorvatiyalı yarımmüdafiəçi oynayacağı təqdirdə komandada qalmaq istədiyini bildirib:

“Daim heyətdə olmaq istəyirəm. Əgər oynaya bilsəm, mənim üçün “Barselona”dan daha yaxşı bir yer yoxdur. Hər günümün dadını çıxarmaq istəyirəm”.

İvan Rakitiç 2014-ci ildən “Barselona”nın formasını geyinir. Son vaxtlar heyətə düşməkdə çətinlik çəkən futbolçunun “İnter”ə keçəcəyi haqda xəbərlər yayılıb.

Digər Xəbərlər
Xəbər Lenti