Millimizin futbolçusu 1 xal üçün "vuruşdu" - VİDEO

1 Dekabr 2019 10:10 İspaniya 686
Millimizin futbolçusu 1 xal üçün "vuruşdu" - VİDEO

İspaniya 2-ci liqasında 18-ci turun oyunları keçirilib. Sportinfo.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Eddi İsrafilovun formasını geyindiyi “Albasete” də növbəti matçına çıxıb.

Sözügedən klub səfərdə “Ponferradina” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 1:1. İsrafilov da bu oyunun iştirakçısı olub.

O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. “Albasete” hazırda 26 xalla 22 iştirakçı arasında 8-ci pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"