“Barselona”nın futbolçusu Lionel Messinin Neymara yazdığı mesaj açıqlanıb.
Sportinfo.az xəbər verir ki, Messi Neymarın “Barselona”ya qayıtmasını təkid edib. O, braziliyalıya yazdığı mesajda karyerasını nə vaxt bitirəcəyinə də işarə edib:
“Biz Çempionlar Liqasını yalnız bir yerdə qazana bilərik. İki ildən sonra mən gedəcəyəm və komandanın lideri sən olacaqsan”.
Məlumata görə, Messi Neymara bildirib ki, “Barsa”da MSN – Messi, Suares, Neymar superhücum xəttini yenidən formalaşdırmaq istəyir.
MSN 2015-ci ildə ÇL-in qalibi olan “Barsa”nın hücum xəttini təşkil edib.

