2014-cü ildən “Atletik”in formasını geyinən İnyaki Uilyams yeni rekorda imza atıb.
Sportinfo.az xəbər verir ki, 25 yaşlı ispan La Liqada ardıcıl olaraq 133-cü oyununu keçirib.
Uilyams Bilbao klubunun heyətində buna imza atan əfsanəvi qapıçı Karmela Sedrunun 132 oyunluq rekordunu yeniləyib. Forvardın uğurlu seriyası 2016-cı il aprelindən başlayır. 3 ildən çoxdur ki, Primeroda heç bir görüşü buraxmır.
La Liqada ardıcıl meydana çıxmaq rekordu isə “Real Sosyedad”lı müdafiəçi Xuan Antonio Larranyaqeyə məxsusdur - 2020 matç. Uilyamsın Bilbao klubu ilə müqaviləsi 2027-ci ildə başa çatacaq.

