Messi 700-cü oyununa çıxacaq

26 Noyabr 2019 12:42 İspaniya 730
Messi 700-cü oyununa çıxacaq

"Barselona"nnı ulduz futbolçusu Lionel Messi Çempionlar Liqasının 5-ci turu çərçivəsində Dortmund "Borussiya"sı ilə görüşdə Kataloniya klubunda 700-cü oyununa çıxa bilər.

Sportinfo.az xəbər verir ki, argentinalı hücumçu "Barsa" tarixində 700-ə çatan ikinci oyunçu olacaq. "Barselona"nın heyətində yalnız Xavi Ernandes daha çox oyun keçirib - 767.

32 yaşlı Messi Kataloniya təmsilçisinin ən sərrast futbolçudur. O, 699 oyunda 612 qol vurub və 248 məhsuldar ötürmə verib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti