"Sevilya" "Valyadolid"i udub, "Qarabağ"ı gözləyir - VİDEO

25 Noyabr 2019 09:37 İspaniya 938
"Sevilya" "Valyadolid"i udub,  "Qarabağ"ı gözləyir - VİDEO

İspaniya La Liqasında 14-cü turun görüşləri keçirilir. Sportinfo.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Sevilya" səfərdə "Real Valyadolid"ə 1:0 hesabı ilə qalib gəlib.

Andalusiyalılar 13-cü dəqiqədə Ever Baneqanın 11 metrlik cərimə zərbəsindən vurduğu qolla qalib gəlib. "Sevilya" noyabrın 28-i Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda "Qarabağ"ı qəbul edəcək.

Komanda La Liqanın turnir cədvəlində 27 xalla 3-cüdür. "Barselona" və "Real" 28 xalla turnir cədvəlində 1-2-ci yerləri bölüşür.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti