İspaniya La Liqasında 14-cü tura start verilib.
Sportinfo.az xəbər verir ki, çempionluğa əsas iddialı "Real" doğma "Santyaqo Bernabeu"da "Real Sosyedad"la qarşılaşıb. Stardaca hesabda geri düşən Zinəddin Zidanın komandası sonradan 3 qol vuraraq liderliyini möhkəmləndirib.

