İspaniya TV-ləri Superkuboku boykot edir

15 Noyabr 2019 16:21 İspaniya 1 576
İspaniya TV-ləri Superkuboku boykot edir

İspaniya televiziyaları İspaniya Superkubokunun yayımından imtina edirlər. Sportinfo.az yerli mətbuata istinadən xəbər verir ki, finalın Səudiyyə Ərəbistanında keçirilməsi elan olunduqdan sonra kanallar boykota başlayıblar.

RTVE kanalı yayım hüququna yiyələnmək üçün keçirilən tenderdən imtina edib. Bundan sonra "Mediaset" və "Atresmedia" da həmkarlarına qoşulublar.

Televiziyalar insan hüquqlarının pozdulduğu ölkədə keçiriləcək İspaniya Superkubokunu yayımlamaq istəmədiklərinə dair bəyanat yayıblar.

Bu ildən yarış yeni formatda təşkil olunacaq və artıq iştirakçılar da bəlllidir. Turnirdə "Barselona", "Real", "Atletiko" və "Valensiya" mübarizə aparacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti