Bekhem Luka Modriçi yanına aparmaq istəyir

14 Noyabr 2019 13:29 İspaniya 473
Bekhem Luka Modriçi yanına aparmaq istəyir

Yeni yaradılmış Mayami "İnter"i Madrid "Real"ının yarımmüdafiəçisi Luka Modriçi transfer etməkdə maraqlıdır. Sportinfo.az TNT Sports LA-ya istinadən xəbər verir ki, xorvatiyalı futbolçunun İspaniya təmsilçisi ilə müqaviləsi 2020-ci ilin yayında başa çatır.

"İnter"in sahibi İngiltərə millisinin sabiq futbolçusu Devid Bekhemdir. Klub gələn il MLS-də debüt edəcək.

34 yaşlı Modriç cari mövsümdə 9 oyunda 1 qol vurub və 3 məhsuldar ötürmə verib.

Digər Xəbərlər
Xəbər Lenti