Məşhur ispan karyerasını başa vurur

13 Noyabr 2019 12:12 İspaniya 458
Məşhur ispan karyerasını başa vurur

İspaniya millisinin heyətində Avropa və dünya çempionu olan David Vilya karyerası ilə bağlı mühüm qərar qəbul edib.

Sportinfo.az xəbər verir ki, hazırda Yaponiyanın “Vissel Kobe” klubunda oynayan futbolçu mövsüm sonunda karyerasını başa vuracaq. O, şəxsi "Tvitter" səhifəsində qəbul etdiyi qərar haqda bunları yazıb:

“19 illik peşəkar karyeradan sonra mövsüm sonunda karyeramı başa vurmaq qərarına gəldim. Bütün komanda yoldaşlarıma, məşqçilərə təşəkkür edirəm. Hər zaman yanımda olan ailəmə də minnətdaram. Yanvarın 1-də “Vissel Kobe” ilə "İmperator kuboku"nu qazanmaq futbolçu kimi sonuncu məqsədim olacaq. Bundan sonra DV7 qrupu ilə müxtəlif lahiyələrlə futbolda yer almağa çalışacağıq. Hər birinizə sevginizə görə təşəkkür edirəm”.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!